Ortodontiya Lux International Hospital · Bakı
Sağlam dişləmə,
düzgün gülüş
Həkim-ortodont Şəhla Xarxiyeva. Uşaqlarda və böyüklərdə diş və çənə əyriliyinin diaqnostikası və müalicəsi — breket, şəffaf kappa və ortodontik aparatlarla.
01 Özünüzü tanıyırsınızmı
Sizdə bunlardan hansı var?
Ortodontik müayinə üçün ən çox rast gəlinən səbəblər:
- Dişlər sıx düzülüb, üst-üstə minir
- Ön dişlər arasında boşluq (diastema) var
- Üst dişlər aşağı dişləri həddindən artıq örtür və ya heç örtmür
- Aşağı çənə irəli çıxıb və ya geri qalıb
- Ağız bağlı olarkən dişlər bir-birinə düzgün oturmur
- Çeynəmə zamanı yorulma, çənə oynağında səs və ya ağrı
- Uşaqda süd dişi düşmədən daimi diş çıxıb («köpəkbalığı dişi»)
- Uşaq barmağını əmir, ağızla nəfəs alır və ya udqunarkən dilini dişlərə dayayır
- Əvvəllər breket taxılıb, amma dişlər yenidən əyilib
02 Xidmətlər
Nə ilə məşğulam
Əsas istiqamət ortodontiyadır; ona bitişik stomatoloji xidmətlər müalicənin düzgün ardıcıllıqla aparılmasına xidmət edir.
Breket müalicəsi
Metal, keramik və sapfir breketlərlə uşaq və böyüklərdə diş sıralamasının bərpası.
ƏtraflıŞəffaf kappa (elayner)
Gözə görünməyən, çıxarıla bilən kappalarla ortodontik müalicə.
ƏtraflıUşaqlarda ortodontiya
Erkən müayinə, funksional aparatlar, zərərli vərdişlərin korreksiyası.
ƏtraflıUşaq stomatologiyası
Süd dişlərinin müalicəsi, ağrısız yanaşma, uşağın uyğunlaşdırılması.
ƏtraflıEstetik restavrasiya
Dişin forma, rəng və funksiyasının kompozit materiallarla bərpası.
ƏtraflıTerapiya və endodontiya
Karies müalicəsi, plomb və kök kanalı müalicəsi.
Ətraflı03 Yanaşma
Fərdi yanaşma — şüar deyil, iş üsulu
Ortodontik müalicə bir neçə il davam edən münasibətdir. Buna görə də ilk görüş həmişə söhbətlə başlayır: sizi nə narahat edir, nəticəni necə təsəvvür edirsiniz, hansı məhdudiyyətləriniz var.
-
Qorxu ilə işləmək
Xüsusən uşaqlarda prosedur bir seansa sığmırsa, bir neçə seansa bölünür. Məqsəd — uşağın həkim kabinetindən qorxmadan çıxmasıdır.
-
Seçim pasiyentindir
Hansı variantın nə üstünlüyü və nə riski var — hamısı izah edilir. Son qərar sizindir.
-
Sağlam dişin qorunması
Yer çatışmazlığı problemi əvvəlcə genişləndirmə, distalizasiya və digər üsullarla həll edilməyə çalışılır.
-
Sterilizasiya
Klinikada iki avtoklav aparatı fəaliyyət göstərir; alətlərin emalı standart protokol üzrə aparılır. Protokol →
Rəqəmlərlə
- 2013Azərbaycan Tibb Universiteti, Stomatologiya fakültəsi — məzun
- 2014Klinik stomatoloji fəaliyyətin başlanğıc ili
- APOCAzərbaycan Peşəkar Ortodontlar Cəmiyyəti (APOC) üzvü
- 6 günHəftədə qəbul günü (B.e.–Şənbə)
04 Bilik bazası
Qərar verməzdən əvvəl oxuyun
Ortodontiya üzrə hər səhifədə müalicənin necə işlədiyi, nə qədər çəkdiyi və hansı risklərin olduğu açıq yazılıb — rəqəm verilirsə, mənbəsi ilə birlikdə.
05 Qəbul
İlk müayinə heç bir öhdəlik yaratmır
Şikayətinizi qısa təsvir edin — qəbul vaxtı təyin olunsun. Müayinənin nəticəsi ya «hazırda müalicə lazım deyil», ya da fərdi müalicə planı olur.